Qaraj qapıları


Qaraj qapıları – məkana daxilolmanı məhdudlaşdıran və bununla yanaşı lazım gəldikdə məkana sərbəst girişi təmin edən möhkəm yüksək texnoloji konstruksiyalardır. Son dövrlərdə Almaniya, İtaliya, Hollandiya, Portuqaliya, Türkiyə kimi avropa ölkələrində texnologiyanın yüksək inkiaşafı sayəsində demək olar ki istənilən konfiqurasiya və ölçüdə gözəl və rahat konstruksiyalar istehsal etməyə imkan verir. Bunlardan birini xüsusilə qeyd etmək istərdim ki, Almaniyanın “Sommer” şirkəti sizə ən keyfiyyətli və etibarlı avtomatik qaraj qapı modellərini təklif edir. Kifayət qədər hündür qapı yeri üçün istifadə edilməyən məkanı bağlayan və bununla da qapı yerinin hündürlüyü müvazinətləşdirən və konstruksiyaya daha orijinal və estetik xarici görünüş verən xüsusi dekorativ falşpanel istifadə olunur.

Qaraj qapılarının istehsalatı

Qaraj qapılarının istehsalında 40-45 mm qalınlıqda sendviç-panellər, 0,4 mm qalınlıqda sinklənmiş poladdan hazırlanmış lent (sink örtüyünün qalınlığı 16 mkm) də daxil olmaqla yüksək keyfiyyətli komplektləşdiricilər və materiallar istifadə olunur. Panelin üz tərəfində 2025 mkm ölçüdə poliamid hisəciklərinə malik modifikasiya edilmiş poliuretan örtük vurulmuşdur.

Bugün qaraj qapıları sadəcə avtomobilinizin mühafizə vasitəsi deyildir, həmçinin istənilən evin fərdi üslubunu və memarlıq həllini qeyd edə bilən konstruksiyadır. Müasir qaldırıcı qaraj qapıları özlərində funksionallığı və estetik xarici görünüşü ehtiva edir.Qaraj qapılarının bir çox növü mövcuddur, bunlardan bizim şirkət sizə seksiyalı qaraj qapılarını təklif edir. Bu qapıların başqa qapılardan üstünlüyünün nədən ibarət olmasına nəzər salaq.





Taqlar

MSB MSB avtomatik qaraj qapıları MSB qaraj qapıları MSB avtomatiq qapılar avtomatik qaraj qapıları qaraj qapıları avtomatiq qapılar