İstehsalat


Simsiz texnologiyanın sürətli inkişafı nəticəsində dünya bazarında avtomatik qapı sənayesi insanların gündəlik həyatına daxil olmuşdur. MSB şirkətlər qrupu daima istehsal prosesini modernləşdirir və istehsal proseslərini optimallaşdırır. Sizin ehtiyaclarınız üçün yüksək keyfiyyətli məhsullar istehsal edirik. Peşəkar idarəetmə sisteminə, yüksək ixtisaslı mühəndis və işçi heyətinə arxalanaraq şirkət qısa zamanda böyük uğurlara imza atıb. 

 

MSB ilə ilk yerli sendviç panel istehsalı

Əsasən forması etibarilə barmaq qoruyucu xüsusiyyətə malik olan sendviç panellərimiz tam formada avropa standartlarına (EN 12604) uyğundur və dəfələrlə yerli alıcılar və eləcə də bir çox avtomatik qapı sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən sınaqdan keçirilib. Xüsusi birləşmə nöqtələri sayəsində qapı açılıb bağlanarkən, panellərin qapı hərəkəti istiqamətində qatlanması baş verir ki, əgər təsadüfən əlin qapının üzərindədirsə sənə zərər vermir.

Səth örtüyü standart olaraq 5mm qalınlığında qalvaniz metaldan olan panelin içi bərk sıxılmış poliüretan köpükdəndir. Köpüyün sıxlığı isə 40 kq/m3 təşkil edir. Panelin qalınlığı standart olaraq 42 mm təşkil edir və panel eninin ölçülərinə görə iki cürdür: 500mm və 600mm. Panellərin hər iki üzü qoruyucu polietilen örtük ilə bağlıdır ki, quraşdırmadan dərhal sonra asanlıqla qopartmaq mümkündür. Bu paneli istehsal və quraşdırma zamanı kənar maddələrin təsirindən və sair deformasiyalardan qorumaq üçündür. Eləcə də səth örtüyünün qalvaniz metaldan olması bu paneldən olan qapıları yağışa, qara, küləyə və paslanmaya qarşı maksimum davamlı edir. Panelin kənarlarına vurulan xüsusi qapı rezinləri sayəsində bu panellərdən olan qapılar örtülü məkanlara tam olaraq uyğundur. Belə ki, izolasiya olunmuş bu panellər istini, soyuğu, suyu, tozu və səsi keçirtmir.

Eləcə də, sendviç panellərin kənarlarını örtmək üçün panel başlığı lazımdır ki bu həm də panellərə səliqəli görünüş verir. Qalınlığı 1 mm qalvaniz metaldan olan bu panel başlıqları görünüş olaraq panelin üzərinə örtüldüyü üçün panel formasındadır. Qeyd etmək lazımdır ki, bu panel başlıqları barmaq qoruyucu sendviç panellər üçün nəzərdə tutulub.

 






MSB şirkətində qapı profillərinin istehsalı

Avtomatik seksional qapılarda istifadə olunan qapı profilləri bu mexanizmin əsas hərəkətverici qüvvəsi hesab olunur.  Belə ki, materialı paslanmaz qalvaniz metaldan olan bu qapı profilləri hərəkət mexanizminə, funksiyasına və şəklinə görə bir neçə növə ayrılır:

C tipli profillər – qalınlığı 1.5 mm olan bu profillər avtomatik qapıların hərəkətli mexanizmlərinin (təkərlərinin) hərəkət etməsi üçün isfadə olunur və qapı panellərinin üzərində hərəkət etdiyi mexanizmdir.

L tipli profillər – 2 mm qalınlığında olan bu profillər avtomatik qapıların bəzi konstruksiyalarını, o cümlədən C tipli profilləri divara və ya quraşdırılacaq yerə bərkitmək üçün nəzərdə tutulub.

Tərs C profili – Əsasən 1.5 mm qalınlığında olan bu tipli profillər avtomatik qapıların konstruksiyalarını yuxarıda möhkəm saxlayır və əsməməsinin qarşısını alır.

Külək dəstək profili – qalınlığı 2 mm olan bu profillər seksional qapılarda sendviç panellərin arxasına bərkidilərək qapının küləyə qarşı davamlılığını artırır. Bu profillər əsasən böyük ölçülü və küləkli ərazilərdə olan qapılarda istifadə olunur.

 

MSB şirkətinin istehsalatının həcmi və gücü:

MSB Avtomatik qapı şirkəti olaraq müəssisəmiz faktiki olaraq aşağıdakı istehsal həcmi və gücünə malikdir.

Sendviç panel istehalatı – günə 1000 m2
Qapı profilləri istehsalatı – günə 150000 metr
Avtomatik qapı istehsalatı – günə 30 qapı vəya darvaza



Taqlar

MSB MSB istehsalat MSB avtomatik qapılar istehsalat fabrik sendviç panel qapı profilləri istehsalat həcmi istehsalat gücü