Darvaza yana sürüşən


Bugünkü gün üçün yana sürüşən qapılar olduqca geniş istifadə sahələrinə malik çox geniş yayılmış və funksional məhsuldur. Bu konstruksiyanın seçimi zamanı yeganə məhdudiyyət – qapı qanadlarının hər iki tərəfə axıra kimi hərəkət etməsi üçün tələb olunan məkanın olmasıdır. Qapılar, bir qayda olaraq qapı yerinin ölçüsü ilə müəyyən edilən müxtəlif ölçülərə malik ola bilər.

Yana sürüşən qapıların ölçüləri

Yana sürüşən qapılar üçün relslər 6 metrədək uzunluğa malik ola bilər, yəni qapıların açılma eni bu halda təqribən üç metrə bərabər olur. Bu ölçüdə olan relslər üçün 210 santimetr hündürlüyü olan qapı bloku cihazı tövsiyyə olunur, bu zaman qapı yerinin hündürlüyü 230 sm-dən az olmamalıdır. Qapılar istənilən çəkidə qanadlarla təchiz edilə bilər, çünki müasir ötürücülər 220-240 kiloqram çəkisi olan qanadlara malik məhsulun işini təmin etməyə qadirdir.
Yana sürüşən, radius, karusel tipli – bu avtomatik şüşəli qapılar bugün ticarət mərkəzlərində, supermarketlərdə, otellərdə, tibbi mərkəzlərdə, maliyyə müəssisələrində, aeroportlarda geniş yayılmışdır. Avtomatik qapılar ziyarətçilərin binaya rahat, gigiyenik şəkildə daxil olmasını, sağlamlıq imkanları məhdud insanlar üçün rahatlıq, təhlükəsizlik və komfort təmin edir.

Biz 1956-cı ildən etibarən avtomatik qapılar üçün dünyanın aparıcı ötürücü istehsalçısı olan Nabco (Yaponiya) şirkətinin istehsalı olan operatorun əsasında yana sürüşən qapılarla işləyirik. Nabco ötürücüləri müasir texnologiyalara tamamilə uyğun şəkildə işlənib-hazırlanmışdır və təhlükəsizlik texnikasına cavab verir.





Taqlar

avtomatik darvaza avtomatik qapı sommer yana açılan darvaza