Şlaqbaum – nəqliyyat vasitəsinin qapalı əraziyə girişinin sürətli əngəllənməsi üçün nəzərdə tutulan taxta və ya metal qurğudur. O, iki növ ola bilər: şaquli (yuxarı qalxaraq açılır) və üfüqi olur (saat oxu istiqaməti üzrə 90 dərəcə dönərək açılır).
Şlaqbaumlar ərazinin sanksiyalaşdırılmamış girişdən mühafizəsi üçün nəzərdə tutulub. Şlaqbaumlara yaşayış komplekslərində və kottec qəsəbələrində, müəssisələrin, anbarların və ofis mərkəzlərinin girişlərində rast gəlinir. Onların quraşdırılması üçün binanın və ya yaşayış kompleksinin sakinlərinin, bina mülkiyyətçilərinin və digər məsuliyyətli şəxslərin icazəsi tələb olunur. Mühafizə edilən əraziyə təcili yardım, yanğınsöndürmə və digər fövqəladə xidmətlərin nəqliyyat vasitələrinin sərbəst girişi təmin edilməlidir. Bu komplekslər üçün montaj işlərinin həyata keçirilməsinin hüquqi məsələləri yerli hakimiyyət orqanları tərəfindən reqlamentləşdirilir.
Taqlar