Şirkət Haqqında

Bizim əsas üstünlüyümüz avtomatik qapı və darvaza sistemlərinin yığılması işində rəqibimizin olmaması və daxili bazarda bu tələbatı ödəyən bir neçə aparıcı şirkətdən birincisi olmağımızdır. Əlavə olaraq, avtomatik qapı sistemlərinin yığılması zamanı şirkətimizin istifadə etdiyi materiallar və aksesuarlar dünyada avtomatik qapı sənayesində öz sözünü demiş, o cümlədən, Sommer, Doco, Aperto, Groke, Flexiforce, Flexidoor, Ditec, Isodoor, Meyadoor, Tecsedo, Marantec kimi brendlərə məxsusdur. 

Biz hər zaman bir addım öndəyik!

İcraçı Direktor 
Sahil Baxşəliyev


 

 

Şirkətimiz ilk dəfə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda “Dalğa təmir-tikinti” kooperativi adı altında Malik Baxşəliyev tərəfindən yaradılmışdır. Həmin dövrlərdə ölkəmizdə təmir-tikinti işləri ilə əlaqədar yenidənqurma işlərində mühüm rol oynayan müəssisəmiz inkişaf edərək, daha da böyüyərək hazırda “MSB” MMC kimi dünyanın bir sıra aparıcı şirkətləri ilə əməkdaşlıq edən bir müəssisəyə çevrilmişdir.

Texnologiyanın sürətli inkişafı nəticəsində dünya bazarında avtomatik qapı sənayesi insanların gündəlik həyatına daxil olmuşdur. Hazırda “MSB” MMC olaraq fəaliyyət göstərən şirkətimiz müxtəlif növ, istənilən ölçüdə avtomatik qapı və qapı sistemlərinin sıfırdan yığılması, quraşdırılması xidmətlərini təklif edir. Bu xidmətləri özündə birləşdirən məhsullarımıza seksional avtomatik qaraj qapıları, avtomatik sənaye qapıları, 90 dərəcə açılan avtomatik darvazalar, yana sürüşərək açılan avtomatik darvazalar, fotoselli qapılar, şlaqbaumlar və başqalarını misal göstərmək olar. Şirkətimizin peşəkar və təcrübəli işçi heyəti xidmətlərimizin və məhsullarımızın yüksək keyfiyyətinin nişanəsidir.

Şirkət olaraq məqsədimiz və amalımız avtomatik qapı və darvaza sistemlərinin yığılması və quraşdırılması zamanı görülən bütün işlərin sağlam, təhlükəsiz, ətraf mühitə ziyan vurmadan, beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətlə yerinə yetirib sifarişçinin məmnuniyyətini qazanmaqdır. Onu da qeyd etmək lazımdır ki, məhsullarımıza tam zəmanət veririk və keyfiyyətimizin əsas göstəricisini ən mühüm və iri layihələrin bizə həvalə olunmasıyla izah edirik.

Bizim əsas üstünlüyümüz avtomatik qapı və darvaza sistemlərinin yığılması işində rəqibimizin olmaması və daxili bazarda bu tələbatı ödəyən bir neçə aparıcı şirkətdən birincisi olmağımızdır. Əlavə olaraq, avtomatik qapı sistemlərinin yığılması zamanı şirkətimizin istifadə etdiyi materiallar və aksesuarlar dünyada avtomatik qapı sənayesində öz sözünü demiş, o cümlədən, Sommer, Doco, Aperto, Groke, Flexiforce,  Ditec,  Meyadoor, Marantec, Tecsedo, İsodoor, Flexidoor kimi brendlərə məxsusdur.



Sendviç Panel İstehsalı

Avropa standartlarına (EN 12604) uyğun səth örtüyünün qalvaniz metaldan olması bu paneldən olan qapıları yağışa, qara, küləyə və paslanmaya qarşı maksimum davamlıdır. Panelin kənarlarına vurulan xüsusi qapı rezinləri sayəsində bu panellərdən olan qapılar örtülü məkanlara tam uyğundur. 

Qapı profillərinin istehsalı

Avtomatik seksional qapılarda istifadə olunan qapı profilləri bu mexanizmin əsas hərəkətverici qüvvəsi hesab olunur.  C tipli, L tipli, Tərs C tipli profilləri hərəkət mexanizminə və funksiyasına keyfiyyət qatır. Külək dəstək profili sendviç panellərin arxasına bərkidilərək qapının küləyə qarşı davamlılığını artırır.

Fabrikin istehsalat həcmi və gücü:

MSB Avtomatik qapı şirkəti olaraq müəssisəmiz aşağıdakı istehsal həcmi və gücünə malikdir.

Sendviç panel istehalatı – günə 1000 m2

Qapı profilləri istehsalatı – günə 150000 metr

Avtomatik qapı istehsalatı – günə 30 qapı vəya darvaza


Taqlar

MSB Avtomatik qapılar MSB Avtomatik Qapılar avtomatik qapı və darvaza sistemləri Sendviç panel istehsalı qapı profillərinin istehsalı fabrik istehsalat həcmi