Avtomatik jalüz qapılar əsasən təyinatına və istifadə olunma yerinə görə məhdud olduğu üçün bu tipli qapıları bir çox hallarda məsləhət görmürük və yalnız müştərinin sifarişi və istəyi əsasında quraşdırırıq. Bu qapılar küləyə və zərbəyə kifayət qədər davamlı olmadığı üçün darvaza və qaraj qapılarında istifadə olunmağını tövsiyə etmirik və sendviç panellərdən ibarət olan seksional avtomatik qapılara nəzərən dəfələrlə zəifdir .
Çox vaxt qapı kimi bilinən “jalüz qapılar” əslində qapı üçün nəzərdə tutulan mexanizm deyil, belə ki, adından da göründüyü kimi tərcümədə “pərdə, örtük” mənasını daşıyan jalüz mağaza və vitrajların qabağında örtük kimi istifadə oluna bilər. Məhz bu səbəbdən həyət və qarajınıza, eləcə də hansısa obyektə qapı və darvaza seçərkən diqqətli olmaq lazımdır.
Taqlar